ATƏT-in Minsk Qrupunun missiyası sona çatıb - Fikrət Sadıqov

16:04 15.01.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Təcrübə onu göstərir ki, Minsk Qrupunun fəaliyyətsizliyi məqsədyönlü idi. Minsk Qrupu məqsədli şəkildə Ermənistanı dəstəkləyidi”.

Bunu hafta.az-a politoloq Firkət Sadıqov prezident İlham Əliyevin Azərbaycan mediasına müsahibəsi zamanı ATƏT-in Minsk Qrupunun hazırki və gələcək fəaliyyəti ilə bağlı suallara cavab verərkən toxunduğu məqamlara diqqət çəkərkən bildirib.

Politoloq hesab edir ki, o ölkəni dəstəkliyərək müxtəlif bəhanələr, təkliflər irəli sürülürdü. Amma bu təkliflərin arxasında sadəcə olaraq Dağlıq Qarabağ Qurumu Respublikasını qurmaq, yaratmaq məqsədi dururdu:

“Hər halda, onlara ATƏT tərəfindən verilən mandata görə, bunlar bu münaqişəni həll etməli idilər. Bu münaqişəni həll etmək üçün əllərindən gələni etməliydilər, amma etmədilər. Əslində bütün fəaliyyətləri ona yönəlmişdi ki, məsələ açılmış vəziyyətdə qalsın. Biz onu da bilməliyik ki, Minsk Qrupu üç dövlətdən ibarət bir qurum deyil. Orda 12 dövlətdir vaxtilə bu qrupu təşkil edən. Bu üç dövlət sadəcə olaraq həmsədrlərdir”.

Politoloq hazırda Rusiya, ABŞ və Avropa İttifaqı arasında yaranmış böyük ziddiyytələrə də diqqət çəkdi. Bildirdi ki, Ukraynayla bağlı son hadisələr də bu ziddiyyəti tam təsdiqləyir:

“Mən düşünürəm ki, onların missiyası sona yetib. Bunlar əgər bundan sonra da regionda nələrləsə məşğul olmaq istəyirlərsə, onda ilk növbədə yeni təkliflərini versinlər. Biz baxmalıyıq, onların gündəliyində hansı məsələlər durur, nəyə kömək edə bilərlər, post-münaqişə dövründə bunlar nə isə edə bilərlər? Bax, budur əsas məsələ. Yəni əgər real nəynənsə məşğul olmaq, kömək etmək istəyirlərsə, Soçi, Moskva, Brüssel görüşlərdən və bu görüşlərdə qəbul olunan qərarlardan sonra, qoy delimitasiya, demorkasiya məsələsinin həllində, yaxud sülh müqaviləsinin bağlanmasında köməklik etsinlər. Bunu etsələr 30 il ərzində qazandıqları biabırçılıq ləkəsini bəlkə öz üzərlərindən silə bildilər”.

Siyasət rubrikasından digər xəbərlər